MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası “Ulu Öndər” adlı virtual kitab sərgisini təqdim edib

Bakı, 10 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz iz qoymuş Heydər Əliyevi böyük ehtiramla yad edir.

Heydər Əliyev hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdəndir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası böyük siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Ulu Öndər” adlı virtual kitab sərgisini oxuculara təqdim edib.

AZƏRTAC xəbər verir ki, virtual sərgidə hər kəsin xatirində əvəzsiz xidmətləri ilə əbədiləşən Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən 27 adda kitab təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.