MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası görmə, eşitmə və nitq qabiliyyəti zəif olan uşaqları hekayə oxumağa dəvət edir
Bakı, 1 aprel, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası görmə, eşitmə və nitq qabiliyyəti zəif olan uşaqları kitabxananın internet ünvanında olan “Bərpanəşr” layihəsi çərçivəsində jest dilinə tərcümə edilmiş 10 adda kitabda yer alan hekayələrlə tanış olmağa dəvət edir.
AZƏRTAC xəbər verir ki, bunun üçün kitabxananın internet ünvanında olan yeni ədəbiyyat bölməsinin bərpa nəşr hissəsindəki jest dili adlı yeni rubrikaya daxil olmaq lazımdır. Bu link (http://clb.az/jest-dili_k97.html) vasitəsilə jest dilinə tərcümə edilmiş hekayələrlə tanış olmaq mümkündür.
Qeyd edək ki, əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, o cümlədən informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, bununla da həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:23]
Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]