MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası internet ünvanına yeni audiodərsliklər əlavə edib

Bakı, 28 mart, AZƏRTAC

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası əhalinin koronavirus (COVID-19) infeksiyasına yoluxmaması üçün evdə olduqları zaman məktəblilərin dərslərindən geri qalmamaları üçün kitabxananın internet ünvanında olan ədəbiyyat bölməsinə yeni audiodərsliklər əlavə edib.

AZƏRTAC xəbər verir ki, bölməyə V, VI və VII sinif dərslikləri audiofayl şəklində yerləşdirilib.

Təqdim olunan audiodərsliklərdə müəlliflik hüquqlarına tam riayət olunub.

Həmin dərsliklərlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

http://clb.az/dbiyyat-5-ci-sinif_k110.html

http://clb.az/dbiyyat-6-c-sinif_k111.html

http://clb.az/dbiyyat-7-ci-sinif_k112.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.