MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası oxucuları cizgi filmlərinə baxmağa dəvət edir

Bakı, 28 mart, AZƏRTAC

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası əhalinin koronavirus (COVID-19) infeksiyasına yoluxmaması üçün evdə qaldığı bir vaxtda kiçik yaşlı oxucuları kitabxananın internet ünvanının multimedia bölməsində yerləşdirilən cizgi filmlərinə baxmağa dəvət edir.

AZƏRTAC xəbər verir ki, hazırda 68 cizgi filmi oxuculara təqdim olunub. Bunlardan 15-i Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “Azanfilm” studiyasının birgə istehsalıdır.

Cizgi filmlər sırasında “Əlifba” oxucularımıza əlifbanın öyrədilməsində yardımçı olacaq. “Sağlam dişlər”, “Balaca ev”, “Mərhəmətin dadı” və digər cizgi filmlər də uşaqlara fayda verəcək.

Filmlərlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://clb.az/cizgi-filmlri_k42.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.