MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası şəhidlərə həsr olunmuş virtual sərgini təqdim edib

Bakı, 21 yanvar, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az saytının multimedia bölməsində “20 Yanvar tarixin qan yaddaşı” adlı virtual sərgini oxuculara təqdim edib.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgidə Almaz Ülvinin “Müharibə ağrılarım”, Hacı Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Nəziman Əyyubun “Kəpəz”, Davud Dəmirlinin “Vətən imtahan verir”, Fəridə Hacıyevanın “Bağışla, Vətən, bağışla”, digər yazıçı və şairlərin şeirləri tam mətnləri ilə yerləşdirilib.

Təqdim olunan virtual sərgidə 18 kitab və dövri mətbuatda dərc olunan materiallar oxucuların istifadəsinə verilib.

Virtual sərgi şəhidlərin əziz xatirəsinə ithaf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.