MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanasında növbəti tədbir - “Böyük maarifpərvər Firidun bəy Köçərli”

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29- da F. Köçərli adına Respublika Uşaq Kitabxanasında, Sabunçu rayon 192 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri ilə birgə görkəmli ədəbiyyatşünas, pedaqoq və publisist Firidun bəy Köçərlinin anım gününə həsr olunmuş “Böyük maarifpərvər Firidun bəy Köçərli” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində məktəblilərin təqdimatında F. Köçərlinin həyat və fəaliyyəti haqqında məlumat verilib, “Balalara hədiyyə” kitabından şeirlər, atalar sözləri, məsəllər, laylalar, tapmacalar, müdrik kəlamlar səsləndirilib, mahnılar ifa olunub, rəqslər təqdim edilib.

Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova məktəbliləri məharətli çıxışları üçün təbrik edib və Azərbaycan uşaq ədəbiyyatı antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və fəaliyyətinin öyrənilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində uşaqlar tərəfindən “Qarı və buz”, “Pıspısa xanım və Siçanbəy” nağılı, “Darı və Buğda” təmsili əsasında hazırlanmış səhnəciklər göstərilib.

Sonda tədbirdə iştirak edən uşaqlara kitabxana tərəfindən təsis edilən “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.