MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanasının “Qonağım ol” layihəsi oxucuların sevincinə səbəb olub

Bakı, 15 fevral, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Qonağım ol” layihəsinin ilk qonağı olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi Reyhan Yusifqızı ilə oxucular arasında virtual görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitablarla onları sevdirmək, oxu vərdişlərini artırmaq, kitab və kitabxanaların rolunu onların hərtərəfli inkişafındakı əhəmiyyətini bir daha vurğulamaqdır.

Onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi vasitəsilə baş tutub. Canlı yayımda Reyhan Yusifqızı oxucuların suallarını cavablandırıb, kitabları haqqında oxucuları məlumatlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.