CƏMİYYƏT


Respublika Veteranlar Təşkilatı vətəndaşları məhdudlaşdırıcı qaydalara riayət etməyə çağırır

Bakı, 6 aprel, AZƏRTAC 

Bu gün bütün ölkələr kimi, Azərbaycan da koronavirusdan əziyyət çəkir. Lakin digər ölkələrdən fərqli olaraq Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində vəziyyət qat-qat yaxşıdır. Atılan addımların məqsədi ölkəmizin bu bəladan daha az itki ilə çıxmasıdır. Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov qeyd edib ki, Respublika Veteranları Təşkilatı da dövlətimizin başçısı İlham Əliyevin çağırışı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etməklə yanaşı, veteranları, gəncləri, ümumilikdə bütün ictimaiyyəti məhdudlaşdırıcı qaydalara riayət etməyə çağırır.

Ölkəmizdə pandemiya ilə mübarizədə dövlət qurumlarının tam məsuliyyətlə çalışdığını bildirən polkovnik vurğulayıb ki, tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Azərbaycan veteranları da ölkəmizdə bu istiqamətdə görülən işlərə qoşulur, bu işlərə öz töhfəsini verməyə çalışırlar. İnanıram ki, Azərbaycan xalqı qəbul edilən qərarlara hörmətlə yanaşacaq, hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Bununla biz ailələrimizi, övladlarımızı, bütövlükdə xalqımızı bəladan xilas edə bilərik.

“Bəzi şəxslərin məsuliyyətsiz yanaşması təəssüf doğurur. Çünki koronavirus bəlasından təkcə Azərbaycan deyil, bütün dünya əziyyət çəkir. Hər gün vəziyyətin nə qədər ciddiləşdiyinin şahidi oluruq. Bu gün bütün dünyanın aparıcı mütəxəssisləri, alimləri, həkimləri, institutları COVID-19-la bağlı araşdırma aparır, onunla mübarizə yollarını axtarır, vaksinləri təcrübədən keçirirlər. Bütün bunlar təhlükənin olduğunu göstərir. Ölkəmizin bu təhlükədən az zərərlə çıxması üçün biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik”, - deyə Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.