CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatının sədri Böyük Vətən müharibəsi iştirakçısı ilə görüşüb
Bakı, 19 aprel, AZƏRTAC
Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Böyük Vətən müharibəsi iştirakçısı Qaflan Ömərovla görüşüblər.
Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş əsnasında Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən, bu mübarizədə göstərdiyi fədakarlıqdan bəhs olunub. Söhbət zamanı 44 günlük Vətən müharibəsi, Azərbaycan Ordusunun şanlı Qələbəsi də müzakirə edilib.
Görüşün sonunda Qaflan Ömərov Respublika Veteranlar Təşkilatının sədri tərəfindən medalla təltif edilib.