Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır

Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir. Hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirən Təşkilatın yubileyinin qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Qurum vətənpərvərlik tərbiyəsini, eləcə də azərbaycançılıq məfkurəsini gənc nəsil arasında təbliğ edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə oktyabrın 16-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səslənib.

Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, təşkilatın üzvləri, ictimai qurumların təmsilçiləri və gənclərlə yanaşı, müxtəlif ölkələrin veteran qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu qurumun yaradılmasının 30 illik yubileyi münasibətilə İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq nümayiş etdirmiş, Vətənə canı bahasına xidmət etmiş veteranları təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov adından təbrik edib.

Ölkəmizdə veteran hərəkatının yaranması və təşkilatın fəaliyyəti haqqında danışan Cəlil Xəlilov qeyd edib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermiş veteranlara Azərbaycanda ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə veteranlar təşkilatının fəaliyyətində canlanma yaranıb və bu hərəkat bütün ölkəni əhatə edib. Dahi şəxsiyyətin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynayıb.

Diqqətə çatdırılıb ki, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb.

Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan inzibati binanı, müntəzəm imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların və müharibə əlillərinin mənzil və avtomobillə təmin edilməsini, onlara Prezident təqaüdünün verilməsini və digər məsələləri qeyd etmək olar.

Veteranların sosial müdafiəsinin təminində bütün dövlət orqanlarının köməyini yüksək qiymətləndirən, Prezidentin qayğısını xüsusi qeyd edən C.Xəlilov, səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulanıb ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğı mühüm rol oynayır. Prezident İlham Əliyevin veteranlara hərtərəfli qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqelərinin, sosial müdafiəsinin gücləndirilməsidir. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər.

C.Xəlilov Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, qurumun xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, mətbuatda aparılan təbliğat işlərindən danışıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov əlamətdar hadisə münasibətilə dost ölkələrdən gəlmiş veteran təşkilatlarının rəhbərlərini salamlayıb, Respublika Veteranlar Təşkilatının üzvlərini, veteranları yubiley münasibətilə təbrik edib. T.Süleymanov bildirib ki, Respublika Veteranlar Təşkilatının Azərbaycan cəmiyyətinin həyatında müstəsna yeri və rolu var. Bu müstəsnalıq ondan irəli gəlir ki, təşkilatın sıralarında Azərbaycanın ən layiqli nümayəndələri, o cümlədən İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, Silahlı Qüvvələr və əmək veteranları birləşiblər. Veteranların keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı, xüsusən də gənclər üçün örnəkdir. Müxtəlif təşkilatlar gənclərlə görüş keçirdiyində veteranlarımızı dəvət edirlər, onlardan öz şərəfli həyat yollarından danışmalarını istəyirlər. Təsadüfi deyil ki, bugünkü tədbirdə veteranlarla yanaşı, çoxlu sayda gənc də iştirak edir.

Tahir Süleymanov qeyd edib ki, Respublika Veteranlar Təşkilatının əsas vəzifələrindən biri veteranlara qayğı göstərilməsi, onların sosial hüquqlarının təmin olunması istiqamətində fəaliyyət göstərməkdir. Qurum bu istiqamətdə dövlət orqanları ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanda veteranlara göstərilən dövlət qayğısından danışan Prezident Administrasiyasının şöbə müdirinin müavini bildirib: “Ümummilli lider Heydər Əliyev veteranlara daim yüksək diqqət və qayğı göstərirdi. Məhz Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda “Veteranlar haqqında” Qanun qəbul edilib, veteranlarla iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət tərəfindən müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara evlərin, mənzillərin, minik avtomobillərinin paylanılmasına başlanılıb. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 2015-ci ildə Respublika Veteranlar Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Respublika Veteranları Təşkilatına hər il dövlət büdcəsindən birbaşa maliyyə yardımları ayrılır. Dövlət tərəfindən veteranlara, Respublika Veteranları Təşkilatına qayğı göstərilir. Bu diqqət və qayğı gələcəkdə də yüksələn xətlə davam edəcək”.

Yubiley münasibətilə təşkilatın rəhbərliyini və bütün üzvlərini bir daha təbrik edən Tahir Süleymanov gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi işində onlara uğur, əzm və fədakarlıq arzulayıb.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov veteranları təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb. Veteranların Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, ölkəmizin inkişafında əsl vətənpərvərlik nümunəsi göstərdiklərini, Prezidentin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini vurğulayan Siyavuş Novruzov onların gənc nəsillərə örnək olduğunu deyib. Bildirib ki, veteranlardan ilham və tövsiyə alan gənclərimiz Vətən uğrunda canlarından da keçməyə hazırdırlar. Aprel döyüşləri bunun bariz nümunəsidir.

Siyavuş Novruzov qeyd edib ki, Böyük Vətən müharibəsində 700 minədək azərbaycanlı iştirak edib. Qarabağ döyüşlərində Azərbaycan əsgərləri həmişə rəşadətlə vuruşublar. Veteranlar onlara daim nümunə olub, təcrübələrini cəbhə bölgəsində əsgərlərlə bölüşüblər. Odur ki, biz veteranlarımızı daim qorumalı, onların sosial təminatını diqqət mərkəzində saxlamalıyıq. Bu gün veteranlarımıza Azərbaycan dövləti tərəfindən ən yüksək diqqət və qayğı göstərilir. Bu qayğının banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra veteranların hüquqları bərpa olunub və sosial müdafiəsi təmin edilib. Bu gün Prezident İlham Əliyev veteranlara qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. İlham Əliyevin prezident seçildiyi 15 il ərzində veteranlarımız dövlətin tam qayğısı ilə əhatə olunub.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aydın Əyyubov nazirliyin rəhbərliyi və kollektivi, Ordumuzun şəxsi heyəti adından Respublika Veteranlar Təşkilatının bütün üzvlərini yubiley münasibətilə təbrik edib. O bildirib ki, təşkilat ordumuzun şəxsi heyətinin döyüş və mənəvi ruhunun yüksəldilməsində, xalqımızın qəhrəmanlıq ənənələrinin gənclərə çatdırılmasında böyük işlər görürlər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin yubiley münasibətilə veteranlara təbrik məktublarını oxuyublar.

Tədbirdə iştirak edən qonaqlar - Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko, Rusiya Veteranlar Təşkilatının sədr müavini Aleksandr Kravçuk, Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov, Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini Aytkali İsenqulov, Belarus Veteranları İctimai Birliyinin sədri İvan Qordeyçuk, Gürcüstan Müharibə və Silahlı Qüvvələr Mərkəzi Veteranlar Təşkilatının sədri Tengiz Şubladze və başqaları çıxışlarında Azərbaycan Respublikası Veteranlar Təşkilatı ilə səmərəli əməkdaşlıq əlaqələrindən, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıb, yubiley münasibətilə səmimi təbriklərini çatdırıblar.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib