CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi artıb

Bakı, 18 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-130 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, yanvarın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr olmaqla ongünlük normanın 78 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr təşkil etməklə ongünlük normanın 85 faizinə bərabərdir.

Yanvarın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Salyan məntəqələrində 6, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 4, Bankədə 8 santimetr artıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 434, Şirvanda 303, Salyanda 278, Bankədə 253, Araz çayının Novruzlu məntəqəsində isə 153 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.