CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi artıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 160, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 126 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 91 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 80 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 88 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 46 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizinə bərabərdir.

Sentyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 15 santimetr artaraq 425 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 22 santimetr artaraq 295 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 3 santimetr artıb və 244 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 120 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 santimetr artaraq 207 santimetrə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.