CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi azalıb

Bakı, 8 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara çaylarında 100-150 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, noyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 165 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 62 kubmetr təşkil etməklə ongünlük normanın 74 faizinə bərabər olub.

Noyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 12 santimetr azalma qeydə alınıb. Lakin suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 4, Salyanda isə 2 santimetr artıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338, Şirvanda 187, Salyanda 137, Bankədə 175, Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.