CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi azalıb

Bakı, 21 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 160, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla normanın 120-200 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, yanvarın 21-də Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 100 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 64 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 27 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 106 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 76 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2 santimetr azalaraq 407, Şirvan məntəqəsində 6 santimetr azalaraq 233, Bankədə 3 santimetr azalaraq 180, Salyan məntəqəsində isə dəyişməyərək 182 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 139 santimetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.