CƏMİYYƏT
Respublika çaylarında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-40 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 130 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 67 kubmetr olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 208 kubmetr təşkil etməklə ongünlük normanın 150 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 12,5 kubmetr olmaqla ongünlük normanın 13 faizini təşkil edir. Ötən il isə həmin göstərici saniyədə 58 kubmetr təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.
Sentyabrın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma, Bankədə və Salyanda isə 2 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 (2016-cı il sentyabrın 25-də 453 sm), Şirvanda 191, Salyanda 131 (2016-cı il sentyabrın 25-də 298 sm), Bankədə 197 (2016-cı il sentyabrın 25-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetr (2016-cı il sentyabrın 25-də 175 sm) təşkil edir.