REGİONLAR


Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 16 oktyabr, AZƏRTAC 

Respublika əhəmiyyətli, uzunluğu 26 kilometr olan 3-cü texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

Bu barədə AZƏRTAC-a agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Layihəyə uyğun olaraq, mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Əvəzinə qum-qırmadaş qarışığından əsasın alt layının, optımal-çınqıl qarışığından isə əsasın üst layının təmiri işləri görülür. Eyni zamanda, sözügedən hissədə yeni piyada səkiləri inşa edilir.

Tərtər-Hindarx avtomobil yolunun 22,1 kilometrlik hissəsində bəzi ərazilərdə torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəldiyindən, yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri aparılır.

Daha sonra yol əsası hazır olan hissələrdə asfaltlanma işləri görülür.

Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğu üçün yeniləri ilə əvəz edilir, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılır.

Layihəyə uyğun olaraq, yol boyu ümumilikdə diametri 500 və 700 millimetr olan 290 poqonmetr metal, diametri 1000 və 1200 millimetr olan 152 poqonmetr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır.

Layihə çərçivəsində 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin normal təşkili üçün 66 yol nişanı, 22 kilometr göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 kilometrlik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.