REGİONLAR


Respublika elmi konfransında gənc tədqiqatçıların 120-dən artıq məruzəsi dinlənilib

Lənkəran, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 17-də Lənkəran Dövlət Universitetində (LDU) gənc tədqiqatçıların respublika elmi konfransında “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi və LDU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın Mikrobiologiya İnstitutunun, Pedaqoji, Texnologiya, İqtisad, Aqrar, Dillər, Sumqayıt Dövlət, Bakı Slavyan, Bakı Mühəndislik, Lənkəran Dövlət universitetlərinin müəllimləri və gənc tədqiqatçıları iştirak ediblər.

Konfransın plenar iclasında çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov son illər ölkəmizdə gənc elmi kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdən danışaraq, rəhbərlik etdiyi ali təhsil ocağında elmlə praktikanın üzləşdirilməsi istiqamətində təcrübi tədqiqatlara start verildiyini bildirib.

LDU-da gənc kadrların elmi potensialının düzgün istiqamətləndirilməsi məqsədi ilə yeni proqramın hazırlandığını vurğulayan N.İbrahimov bu sahədə dünyanın ali təhsil müəssisələrinin təcrübəsindən də yararlanacaqlarını diqqətə çatdırıb.

Tədbirdə universitetin tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadənin “Elmi kadr hazırlığının milli strategiyası” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında müzakirədə gənc tədqiqatçılardan Əfranə Həsənli, Ruslan Mirzəyev, Şəbnəm İbadova ölkəmizdə gənc alimlərin hazırlanması istiqamətində görülmüş işlərdən və həllini gözləyən məsələlərdən danışıblar.

Sonra respublika elmi konfransının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Konfrans işini bölmə iclaslarında davam etdirib. Təbiət elmləri, humanitar elmlər, aqrar və mühəndislik, iqtisadiyyat bölmələrində gənc tədqiqatçıların Azərbaycan, rus, ingilis dillərində müxtəlif mövzularda 120-dən artıq məruzəsi dinlənilib.

Elmi konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə gənc tədqiqatçılar arasında daha maraqlı məruzələr təqdim edən iştirakçılara sertifikatlar verilib və həmin işlərin nəşr olunması tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.