MƏDƏNİYYƏT
Respublika ərazisində bir çox geoloji abidələr tədqiq edilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ekoalyans-Azərbaycan” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın geoloji təbiət abidələrinin (karst mağaraları, şəlalələr, palçıq vulkanları və s.) kompleks öyrənilməsi” layihəsi çərçivəsində respublika ərazisində bir çox geoloji abidələr tədqiq edilmişdir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, belə obyektlərdən biri də Qobustan rayonunun Nərimankənd kəndi ərazisində yerləşən karst mağaralarıdır.
Mağarada bir–birinə giriş qapıları olmaqla dörd ayrı-ayrı otağa rast gəlinir. Mağaraların ümumi və ayrı-ayrı giriş qapıları vardır.
Ərazidə xırda mağaralar olsa da onların ağzı uçqunla örtüldüyündən içəri daxil olmaq mümkün deyildir.
Mağaralar ekoturizm üçün əlverişli yerdə (Bakı-Şamaxı yolundan 200 metrlik məsafədə) yerləşir.
Mağara ərazisinin ekologiyasını bərpa etməklə, ondan ekoturizm obyekti kimi istifadə etmək mümkündür.