ELM VƏ TƏHSİL


Respublika fənn müsabiqələrinin final mərhələsində paytaxt üzrə doqquz yüz şagird iştirak edib

Bakı, 2 iyul, AZƏRTAC 

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında dördüncü respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, final mərhələsinə paytaxt üzrə 900 nəfər qatılıb. Onlardan 362-si riyaziyyat, 97-si kimya, 223-ü fizika, 132-si biologiya, 86-sı informatika fənni üzrə müsabiqədə iştirak edib. Şagirdlər 25-i seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən), 15-i isə məntiqə aid suallar olmaqla, ümumilikdə 40 test tapşırığını yerinə yetiriblər.

Fənn müsabiqələrinin finalı üç mərkəzdə təşkil edilib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər. Dördüncü respublika fənn müsabiqələrinin ilk mərhələsində şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyənləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.