ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadalarının final mərhələsinin vaxtı müəyyənləşib

Bakı, 19 may, AZƏRTAC
2020-2021-ci tədris ili üzrə respublika fənn olimpiadalarının final turunun vaxtı müəyyənləşib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, iyunun 1-də riyaziyyat, fizika fənləri, iyunun 4-də isə kimya, biologiya və informatika fənləri üzrə olimpiadanın keçirilməsi nəzərdə tutulur.
Respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, ümumilikdə 589 şagird final turunda iştirak edəcək. Final turunda iştirak edəcək şagirdlər mayın 20-25-də www.portal.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq buraxılış vərəqəsini əldə etməlidirlər.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə keçirilir.