ELM VƏ TƏHSİL


Respublika pedaqoji mühazirələrinə yekun vurulub

Bakı, 16 iyul, AZƏRTAC

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilmiş respublika pedaqoji mühazirələrinə yekun vurulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, pedaqoji mühazirələr iki mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil edilib. Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 1640 məruzə dinlənilib, onlardan 174-ü respublika turuna təqdim olunub. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirildikdən sonra 116 mühazirə yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilib.

Yekun mərhələdə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 17, Bakı şəhəri 10, Gəncə, Sumqayıt və Şirvan şəhərlərinin hər biri 3, respublikanın digər şəhər və rayonları 74 məruzəçi ilə təmsil olunub.

Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, məsləhətçilər, psixoloqlar I, II, III dərəcəli diploma və tərifnaməyə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.