İQTİSADİYYAT


Respublika üzrə və paytaxtda keçən il 20 yeni körpü, 2 avtomobil tuneli, bir metal dəmir yolu ötürücüsü və 9 piyada keçidi tikilib

Bakı, 22 fevral, AZƏRTAC

Ötən il bütün maliyyə mənbələri hesabına respublikanın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü, 2 avtomobil tuneli, bir yeni metal dəmir yolu ötürücüsü və 9 piyada keçidi tikilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bundan başqa, 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün, Bakı şəhəri və onun 12 rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib. Bunlardan 27 avtomobil yolu və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.