DÜNYA


Respublikaçılar Partiyasının namizədi : Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir

Bakı, 9 dekabr, AZƏRTAC

Bu gün keçirilən parlament seçkiləri Ermənistan tarixinin ən biabırçı seçkisidir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasının namizədi David Şahnazaryan jurnalistlərə açıqlamasında deyib.

Seçkiöncəsi təbliğat kampaniyasının müddətinin qısa olmasından təəssüfləndiyini bildirən Şahnazaryan qeyd edib ki, seçki kampaniyası hakimiyyət üçün çox böyük problemlər yaradıb. Kampaniya zamanı təhdidlər səsləndirilib, hakim qüvvə tərəfindən təzyiq halları baş verib.

O deyib ki, yarana biləcək mənfi hallar barədə hakimiyyət əvvəlcədən düşünməli idi. Bu, Ermənistan tarixində ən biabırçı seçkilər oldu, hökumət qüvvələri tərəfindən təhdidlər, qanun pozuntuları və şiddətlə müşayiət edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.