REGİONLAR
Respublikada 622,6 min hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Respublikada payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə, bu il 1 milyon 47 min 136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 18-dək 622 min 689 hektar sahədə şum aparılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 196 min 493 hektar çoxdur. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb.
Şum prosesinə 2350 traktor cəlb olunub. Ağcabədi rayonunda payızlıq əkin şumu tam yekunlaşıb, rayon ərazisində 29 min 175 hektar sahədə şum aparılıb. Füzuli (95,7 faiz), Xocavənd (92,9 faiz), Salyan (92,1 faiz), Bərdə (89,9 faiz), Qobustan (89,9 faiz), Oğuz (88,8 faiz), Kürdəmir (88,5 faiz), İmişli (87,8 faiz), Goranboy (85,5 faiz), Ağstafa (84,2 faiz), Sabirabad (82,6 faiz), Şəmkir (82,5 faiz) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]