CƏMİYYƏT


Respublikanın cənub və şimal zonasında yerləşən çimərliklərdə aparılan monitorinq nəticələri məlum olub

Bakı, 21 iyun, AZƏRTAC

Respublika ərazisində yerləşən çimərliklərin 2022-ci ilin yay mövsümünə hazırlıq vəziyyətinə nəzarət məqsədilə Lənkəran və Xaçmaz rayonlarının ərazisində yerləşən rekreasiya zonalarının sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Lənkəranın Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi ərazilərində və həmin ərazilərin sanitariya mühafizə zonalarında aparılan laboratoriya müayinələri nəticəsində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin normadan dəfələrlə yüksək olması halları aşkar edilib. Həmçinin Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazisində aparılmış monitorinqlər zamanı dəniz suyunun laboratoriya müayinə nəticələrində bakterioloji çirklənmə göstəricilərinin normadan çox olması müəyyən olunub.

Qeyd olunanlarla əlaqədar, mövcud vəziyyətin əhali arasında yoluxucu xəstəliklərin baş verib, yayılması üçün təhlükə yaratdığını nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa istinadən Lənkəran rayonunun Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi, həmçinin Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazilərində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimməyin qadağan olunması barədə qərarları qüvvədə saxlanılıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.