REGİONLAR


Respublikanın yüksəkixtisaslı tibb mütəxəssisləri Astarada olublar

Astara, 27 aprel, Bağır Əliyev, AZƏRTAC

Respublikanın yüksəkixtisaslı tibb mütəxəssisləri aprelin 27-də Astara rayonunda olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Respublika Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyevin rəhbərlik etdiyi həkim briqadası gün ərzində yüzlərlə xəstəni müayinə edib.

Respublika Klinik Xəstəxanasının cərrahı Elçin Mirzəyev, xəstəxananın həkim-nevropatoloqu Qabil Bayramov, M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həkim-endokrinoloqu Səbuhi Yusifov, Elmi Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Mahir Bağırov və oftalmoloq Hikmət Əzizi Astara Rayon Mərkəzi Xəstəxanasında rayonun müxtəlif yaşayış məntəqələrindən gəlmiş sakinləri tibbi müayinədən keçirərək onlara tövsiyələrini veriblər.

Rayon sakinləri humanitar aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.