MƏDƏNİYYƏT
Rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyi qeyd ediləcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 25-dən 29-dək Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyi qeyd ediləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın ailə kolleksiyasında, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunacaq.
Pedaqoji fəaliyyəti ilə yanaşı, Əyyub Hüseynov daim mənzərə və portret janrlarında müxtəlif mövzularda rəngarəng tablolar yaradıb. Rəssamın sonuncu sərgisi 90 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı il noyabrın 22-də Bakıda Səttar Bəhlulzadə adına Sərgi Salonunda keçirilib.
Qeyd edək ki, Əyyub Hüseynovun həyat və yaradıcılığından bəhs edən kitab da çap olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]