MƏDƏNİYYƏT


Rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi açılacaq

Bakı, 14 fevral, AZƏRTAC

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə fevralın 19-dan 23-dək institutun sərgi salonunda Azərbaycan Rəssamlar Birliyinin üzvü, tanınmış rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi açılacaq.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, Soltan Soltanlının mənsub olduğu, yaranması üçün çalışdığı irrealizmin əsas məqsədi dünyaya, həyata dərin idraki, fəlsəfi və məntiqi baxış, yanaşmadır. Rəssam öz fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır və ilk dəfə olaraq bu termini rəssamlığa gətirir.

İrreal – gerçək olmayandır. Sənətin təqdim etdiyi irreallıq isə əslində olandır! Bəs harada? Yalnız düşüncədə, xəyalda, mahiyyətdə! Demək, dünya təkcə reallıqdan – gerçəklikdən ibarət deyil, o həm də dərin, fəlsəfi irreallıqdan ibarətdir.

Sərgi sizin rəssamlıq haqqında düşüncələrinizi bütünlüklə dəyişəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.