MƏDƏNİYYƏT


“Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti tədbir

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də “YARAT” Müasir İncəsənət Məkanında “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunacaq.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəssamın qızı, sənətşünas Ofeliya Mirzəzadə sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən, işlədiyi çoxşaxəli mövzu və janrlardan, portretlərindəki qəhrəmanlardan, əsərlərindəki kompozisiya quruluşundan danışacaq.

Dialoq formatında keçiriləcək görüşdə qonaqlara Böyükağa Mirzəzadənin həyat və yaradıcılığının maraqlı anlarından söhbət açılacaq.

Tədbir iştirakçılar böyük portret ustadının sərgidə nümayiş olunan, əsrarəngiz rəng kompozisiyaları ilə seçilən əsərləri ilə də tanış ola biləcəklər.

Qeyd edək ki, Böyükağa müxtəlif janrlarda işləyib. Rəssamın əsərləri Azərbaycan muzeylərində olduğu kimi, bir çox xarici ölkələrin muzey və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Onun "Çətir altında natürmort" əsəri Moskvada Tretyakov Qalereyasının bədii fonduna daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.