MƏDƏNİYYƏT


Rəssamlar İttifaqında gənc rəssamın sərgisi açılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssam Nuranə Ələkbərovanın fərdi rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından əvvəl Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov sərginin ekspozisiyasında yer alan sənət əsərlərinin məna və məzmun baxımından fərqli olduğuna diqqət çəkib.

Sərgidə nümayiş olunan 30-dan çox sənət əsərinin müxtəlif janrlarda olmasını yüksək qiymətləndirən A.İbrahimov fırça ustasına yaradıcılıq uğurları arzulayıb.

Gənc rəssam tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar birgünlük sərgi ilə tanış olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.