MƏDƏNİYYƏT


Rəssamlar İttifaqında gənc rəssamların əsərləri sərgilənir VİDEO

Bakı, 2 fevral , AZƏRTAC

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bu günün əhəmiyyətindən danışıb.

Bildirib ki, 2 fevral özünü gənc hesab edənlərin günüdür: “Yaradıcı insan ruhən gənc olmalıdır. Dünən Prezident İlham Əliyevin iştirakı ilə gənclərin mötəbər toplantısı keçirildi. Dövlət başçısı çıxışında gənclərə tövsiyələrini verdi, onları təbrik etdi. Azərbaycan gəncləri də öz çıxışlarında ölkə başçısına qarşı olan inamını ifadə etdilər. Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində fərqlənən gənclərə dövlət başçımızın mükafatları təqdim edildi. Bu gün münasibətilə respublikamızda silsilə tədbirlər keçirilir, Gənclər və İdman nazirliyi də gəncləri müxtəlif mükafatlarla təltif edir. Bu gün bu məkanda keçirilən sərgi bizim burada təşkil olunan ənənəvi layihəmizdir. Biz bu sərgi vasitəsilə yaradıcı gənclərə dəstək göstəririk. Sərginin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək hər il ənənəvi olaraq keçirilən sərginin önəmini vurğulayıblar.

Bildirilib ki, sərgidə 177 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunur. Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alır. Sonra qonaqlar sərgiyə baxıblar.

İki gün ziyarətçilər üçün açıq qalacaq sərgiyə hər kəsin baxmaq imkanı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.