MƏDƏNİYYƏT


Rəssamlar İttifaqında həvəskar rəssamın sərgisi açılıb

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda həvəskar rəssam Nazim Həsənzadənin sənət əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə fırça ustasının 80-dək əsəri nümayiş olunur.

Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov çıxış edərək rəssamın əsərlərinin əhəmiyyətindən danışıb. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən R.Kərimov ona sənət uğurları arzulayıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.