MƏDƏNİYYƏT


Rəssamlar əsərlərini açıq səma altında yaradacaqlar

Bakı, 31 may, AZƏRTAC

İyunun 3-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında “İsveç Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçiriləcək.

AZƏRTAC xəbər verir ki, plener İsveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

Plener çərçivəsində rəssamlar öz əsərlərini açıq səma altında yaradacaqlar. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcək.

Plener sənətkarların özünü təkmilləşdirməsi, habelə gənc rəssamların dəstəklənməsi məqsədi ilə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.