MƏDƏNİYYƏT


Rəssamlar üçün növbəti ustad dərsi keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Sentyabrın 11-də “Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçirilib.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərsinin budəfəki qonağı rəssam İlham Məhərrəmoğlu olub.

Akvarelsevərlər ustad dərsini Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, [email protected]) üzərindən canlı yayımla, daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləyiblər.

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.