Rəssamlar üçün növbəti ustad dərsi təşkil olunacaq
AzerTAg.az
Bakı, 9 sentyabr, AZƏRTAC
“Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində növbəti ustad dərsləri keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərsinin budəfəki qonağı rəssam İlham Məhərrəmoğlu olacaq.
Akvarel sevərlər ustad dərsini sentyabrın 11-də saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, [email protected]) üzərindən canlı yayımla, daha sonra Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.
Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiətini, tarixi abidələrini, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.

Xəbərin mətnində orfoqrafik səhv var