MƏDƏNİYYƏT


Rəssamların əsərlərinin onlayn satışı təşkil ediləcək

Bakı, 3 sentyabr, AZƏRTAC 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və “Artgift Azerbaijan”ın dəstəyi ilə sentyabrın 7-də saat 18:00-da Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı nəzərdə tutulur.

Ekspozisiyada sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaq.

Azərbaycan rəssamlarının onlayn satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.