MƏDƏNİYYƏT


Rəssamların nəzərinə: “Düşün və yarat” müsabiqəsi davam edir

Rəssamların nəzərinə: “Düşün və yarat” müsabiqəsi davam edir

Bakı, 6 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi davam edir.

“Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilir.

AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olmaqla (https://www.facebook.com/groups/144172178999749/?ref=share) əsərin fotosu ilə bərabər, texnikası, materialı, adı, həmçinin müəllif adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirərək qoşula bilərlər.

Müsabiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Ölçü və texnika sərbəstdir. İştirakçı bir və ya iki əsəri təqdim edə bilər. Əsərlər tək-tək yerləşdirilməlidir.

Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

Müsabiqəyə əsər qəbulu fevralın 15-dək nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.