ELM VƏ TƏHSİL


Rəssamlıq Akademiyasında “Müstəqil Azərbaycan” mövzusunda sərgi açılıb

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Müstəqil Azərbaycan” mövzusunda sərgi açılıb.

Bu barədə AZƏRTAC-a ADRA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ADRA-nın rektoru akademik Ömər Eldarov dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətindən söz açıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, tərəqqisi və təbliğində göstərdiyi xüsusi xidmətlərinə həsr olunmuş videoçarx nümayiş edilib.

Sərgidə ADRA-nın professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq işləri nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.