MƏDƏNİYYƏT


Rəssamlıq Akademiyasında gənc rəssamların sərgisi açılıb

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-cı qrant müsabiqəsində qalib olan "Gənc rəssamların tanıtım sərgisi" layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində gənc istedadlı rəssamların sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi ölkənin müasir incəsənətinin və rəssamlığının inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılmasına, onların tanınmasına və yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.

Sərgi rəssamlıq istedadı olan (bura həm rəssamlıq təhsili olan, həm də həvəskar rəssamlar aiddir) 50 gənc rəssam arasında keçirilir. Müxtəlif mövzu və materiallardan hazırlanmış müasir incəsənət əsərləri nümayiş olunur.

İki gün davam edəcək sərgidə gənclərin əsərləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

İştirakçının hər birinə diplomlar veriləcək, əsas 10 qalibə isə diplomla yanaşı, xatirə hədiyyələri də təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.