MƏDƏNİYYƏT
Rəssamlıq Akademiyasında yaradıcılıq festivalı
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində ənənəvi “Baxış” adlı yaradıcılıq festivalı keçiriləcək.
Muzey-sərgi kompleksinin rəhbəri Lalə Eldarova AZƏRTAC-a bildirib ki, festival çərçivəsində tələbələrin “Düşüncə” adlı müxtəlif üslublu əsərlərindən ibarət sərgisi açılacaq. Ziyarətçilər sərgiyə baxmaqla yanaşı, dekorativ tətbiqi sənət əsərləri ilə tanış olmaq fürsəti də qazanacaqlar. Sərgi ərəfəsində Yeni il öncəsi yaradıcılıq yarmarkası də təşkil olunur.
Festivalda həmçinin Zaur Tağıyev, Səkinə Zeynalova, Nadir Cəfərov və başqa gənc rəssamların rəngkarlıq və qrafika növündə əsərləri nümayiş olunacaq.
Sərgi fonunda rəssam və bəstəkar Azər Səfərovun əsərləri səsləndiriləcək. Daha sonra “Seyşel adaları” şirkətinin Seyşel adaları ilə bağlı suvenirləri nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]