ELM VƏ TƏHSİL


Rəssamlıq təmayüllü ali təhsil müəssisələri üçün yeni dərs vəsaiti

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin üç cilddən ibarət “Kirpi”nin rəssamları” dərs vəsaiti çapdan çıxıb.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, kitab Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi olan karikatura sənətinin inkişafında əvəzsiz xidmətlər göstərmiş rəssamlarımızın yaradıcılığına, onların “Kirpi” satirik jurnalında işıq üzü görmüş əsərlərinin tədqiqi və təhlilinə həsr edilib.

Nəşr rəssamlarımızın Azərbaycan satirik mətbuatı və satirik qrafikasının ən parlaq səhifələrindən biri olan “Kirpi” jurnalında dərc edilən karikaturaların, dostluq şarjlarının, təşviqat xarakterli rəsmlərin öyrənilməsi, gənc sənətşünasların milli karikatura tarixinə daha dərindən yiyələnməsi baxımından əhəmiyyətlidir.

Kitab rəssamlıq təmayüllü ali təhsil müəssisələri üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.