Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rəsul Rza: “mübarizə bu gün də var...”

Bu gün Rəsul Rzanın anadan olmasından 109 il ötür

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli söz sərraflarından biri, Xalq şairi Rəsul Rza xalq arasında sonsuz şöhrət qazanmış, böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkkürü ilə ölümsüz əsərlər yaratmış ustad sənətkardır. O, yüksək bədii dəyəri, bəşəriliyi, milliliyi və rəngarəngliyi özündə ehtiva edən gözəl əsərləri ilə həyat həqiqətlərini incəliklərinə qədər əks etdirib, yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə yaddaşlarda dərin iz qoyaraq xalqımıza misilsiz sənət inciləri bağışlayıb. Bu gün bənzərsiz söz adamının anadan olmasının 109-cu ildönümü tamam olur. Rəsul Rza poeziyasının vurğunlarından olan filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Şəfəq Nasir unudulmaz şairin ömür yoluna və yaradıcılığına bir daha işıq tutub, onun həyat fəlsəfəsi barədə fikirlərini paylaşıb. AZƏRTAC-ın sifarişi ilə qələmə alınmış yazını təqdim edirik.

Rəsul Rza Azərbaycan ədəbiyyatı tarixində XX əsr milli, ictimai şüurun yeni bir istiqamətdə formalaşması və inkişafında yaradıcılığının bədii kəşfləri, yenilikləri ilə çağdaş poeziyamıza yeni nəfəs gətirmiş, onu özünün poetik ziyası ilə rövnəqləndirmişdir. Ömrünün mənəvi davamı da əsərlərinin ideya və məzmununun milli-bəşəri mahiyyət kəsb etdiyinin, yeni yaradıcı nəsillərin yetişməsində bir məktəb yaratdığının bariz nümunəsidir. Bu gün şairin milyonlarla oxucusundan biri olaraq, həm də qələm sahibi kimi, haqqında söz demək istəyində olduğumdan vaxtilə, elə indinin özündə də oxuduğum əsərlərini göz önündə canlandırdım. Açığı, bu yaradıcılığın nəhrində onun poeziyasından, tərcümə, publisistika və pyeslərindən ətraflı bəhs etmək, bütövlükdə irsinə nəzər salmaq yığcam bir yazının imkanı xaricində olduğundan fikrimdə başqa bir yol aradım. Rəsul Rza az-az diqqətdə olan elə bir ədəbiyyat adamıdır ki, onun yaradıcılığı, ümumən irsi bir baxışda, yaxud hər bir əsəri ayrılıqda, yenicə nəşr etdirdiyi bir kitab, bir şeiri belə yarandığı zamanda rezonans yaratmış, ədəbi mühitdə qaynar qarşılanmışdır. Bu əsərlərə istər özünün ədəbiyyata gətirdiyi yenilikləri, təhlil-təqdiri ilə, istərsə də tənqidi aspektdə (bunlar əsasən onu dərk etmək qüdrətindən kənar olanların, qısqanclıq xəstəliyindən, gözgötürməzlikdən yaranırdı) dönə-dönə müraciət olunduğundan yazının tam başqa bir məzmun-məqsədi müstəviyə gətirilməli idi.

Burda onu deməliyəm ki, R.Rzanı olduğu kimi, daha aydın və dolğun, həm yaradıcılığını, şəxsiyyətini, insana, milli ideallara münasibətini, həm də əsərlərinin yaranma tarixini və ideyasını, dünya ədəbiyyatına bələdliyini, görkəmli ədəbi simalarla dostluğunu, bir sözlə, olum tarixindən fiziki yoxluğunadək, ondan sonra davam edən həyatını dərindən bilən, müşahidə edən, bir çox məsələlərdə də ədəbi intuisiyası ilə duyan övladı, məsləkdaşı Anardır. Yazıçının Rəsul Rzanın həyatı və yaradıcılığından bəhs edən “Mübarizə bu gün də var...” monoqrafik əsəri hələ nəşr olduğu zamanda məndə böyük təəssürat yaratmışdı. Şairi yenidən oxumaq, yaradıcılıq yolunu izləmək, məsləkinə bələd olmaq, ədəbi şəxsiyyətin görünməyən tərəflərini dərk etmək məqsədilə bu kitabı qısa bir vaxtda vərəqləməyi məqsədəuyğun bildim (əsərin dərcindən 17 il ötməsinə baxmayaraq, onu indiki düşüncəmlə yenidən, arxayın bir vaxtda ondan zövq alaraq oxumaq və geniş mənada qeydlər etməyimi bir qədər sonra reallaşdırmağı düşünürəm. Əslində, hər hansı bir əsəri nəzərdən keçirib, yeni baxışla təhlil-tədqiq etmək bütün zamanlarda ədəbiyyatşünaslığın, ədəbi tənqidin vəzifəsidir və bunlar hər vaxt da yeni iş kimi qarşılanır). İndiki halda şairlə bağlı nələrisə öyrənmək, bildiklərimə xatirələr işığında qayıtmaq istəyəndə Anarın böyük vətəndaş şairə həsr etdiyi adıçəkilən əsərinə yığcam şəkildə münasibət bildirməyi vacib sanıram.

Əlbəttə, ədəbi şəxsiyyətin keçdiyi ömür yolu, yaradıcılığının bütün istiqamətlərdən araşdırılması, tədqiqi, onun fiziki yoxluğundan sonra daha dəqiq, yeni faktlar, dəlillər və yeni düşüncənin işığında böyük məsuliyyət, dəqiqliklə araşdırılır. Əks təqdirdə faktlara və hadisələrə yanlış münasibət, şişirtmə və ya ideyanı doğru mövqedən təqdim etməmək, yaradıcılıq yolunu aydınlığı ilə göstərməmək, əzəli tədqiqatçının özünə, onun qələminə hörmətsizlikdir, sonra da yazıçının şəxsiyyətinə, ədəbi-bədii irsinə xəyanətdir. Mənin “Mübarizə bu gün də var...” monoqrafiyası haqqında ilk fikrim belədir ki, Anar bu əsərini yazarkən ona doğma, əziz olan mövzuya böyük məhəbbət və məsuliyyətlə, həm də sanki kənar gözlə yanaşıb.

Bu əsərdə böyük bir ictimai-siyasi, ədəbi mühit var, bu mühitin bir neçə nəslinin ədəbi simaları, dövrün ziddiyyətləri olduqca həssaslıqla, doğru mövqedən araşdırılıb, təhlil olunub. Özü də bu təhlil elmi-nəzəri-metodiki istiqamətdə deyil, ədəbi-publisistik formada, hissiyyat və duyumun ən yüksək məqamlarının təsiri altında işlənilib. Belə bir əsəri Anardan özgə kim yaza bilərdi? Başqa bir tərəfdən, Anar bu əsərində ona, eləcə də ədəbiyyat tariximizə doğma və gərəkli olan bu mövzunu bir vətəndaş, ziyalı düşüncəsi ilə, azərbaycançılıq məfkurəsinin işığında arayıb-toplayıb, böyük bir ədəbi arxivin bütün sənədlərini (yaddaş arxivi də ilk sırada olmaqla!) araşdıraraq, doğru qənaətlər əldə edərək, ən başlıcası da tərəfsiz, qərəzsiz münasibət bildirməklə təqdirəlayiq bir əsərin yazılmasına nail olub. Bu fikrin barizliyinə bir nümunə: “Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şairdir. Təbii ki, bu yolu bəyənmək də olar, bəyənməmək də. Bu, zövq məsələsidir. Bu yolu qəbul etmək də olar, etməmək də. Bu da meyl, səviyyə, marağın yönüylə bağlıdır. Bu yolla getmək də olar, getməmək də. Bu da istək, şübhəsiz bacarıq məsələsidir. Çünki tək istək azdır, bu yolla getməyi bacarmaq da lazımdır. Hətta bu yolla gedib, bu yolla getdiyini inkar etmək də mümkündür. Bu da insaf məsələsidir. Amma istər məzmun zənginliyi, mövzuların üfüq genişliyi, istər forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi, söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin, təşbehlərin bənzərsizliyi baxımından Rəsul Rza yaradıcılığının unikallığını ədəbi vicdanı olan heç kəs inkar edə bilməz...”

Hanı burda tərəfkeşlik? Əslində bu, bir ziyalı olaraq həqiqi ədəbiyyatın keşiyində durmaqdır, şairi anlamayanların yersiz hücumlarından, qarayaxmalarından qorumaqdır. Anar R.Rzanı, onun ömür-sənət yoldaşı, ilham pərisi Nigar xanımı bir övlad məhəbbətilə, yaddaşında şırım açmış xatirələrin izi ilə, digər tərəfdən də əvvəldə qeyd etdiyimiz kimi, ədəbi şəxsiyyətlərin arasında və yaratdığı əsərlərin fonunda təqdim edib.

Kitabın mövzusu birdir, amma onun şaxələndiyi hadisələr, istiqamətlər, mövzu içində mövzuların, müxtəlif məqamların qol-budağı çoxdur, lap çox. Onlara ayrılıqda nəzər salmaq, ümumilikdə xırda çayların axıb-töküldüyü dənizə “baş vurmaq” növbəti bir yazımızın qayəsi olacaq.

Rəsul Rzanın yaradıcılığı çoxşaxəli, çoxçeşidli, eyni zamanda, özünün dərin, fəlsəfi çalarları, ideya-məzmunu ilə nəhəng bir düzənlikdəki çəmənzarı, gülzarlığı xatırladır. Hər birinin öz biçimi, öz rəngi, nəfəsi və ən ümdəsi ideyası var. Şairin ilk kitabı “Çapey”dən sonra vaxtaşırı çoxlu sayda əsərləri işıq üzü görmüş, ədəbi ictimaiyyətə təqdim olunmuş, oxucuların ixtiyarına verilmişdir. Onların sırasında bir neçəsinin adlarını xatırlatmaq da yerinə düşür: “Mən torpağam”, “İnsan”, “”İşıqlar üşüyəndə , “Etiraf”, “And”, “Mirzə Cəlilin nisgilləri”, “Təyyarədə düşüncələr”, “Dəniz haqqında nəğmələr”, “Rəngli yuxular”... şeir topluları, “Poeziya zəhmət və ilhamdır”, “O gün-bu gün”, “Ötən günlər”, “Milli şüur və milli iftixar”, “Uzaq ellərin yaxın töhfələri”... publisistik kitabları , “Ağ rəngin simfoniyası”, “Azərbaycan elmi”, “Bəxtiyar”, “Böyük ömrün anları”, “Eldən soruş”, “Kəndlilər, “Qız qalası”, “Qızılgül olmayaydı”, “Tikdim ki, izim qala”, “Üzeyir ömrü”, “Yaşıl rəngin qamması”, “Yuva qurdum söz içində”... filmləri, “Vəfa”, “Görüş” pyesləri yaradıcılığının geniş üfüqlərindən xəbər verir.

Şair, publisist, ssenaristin tərcümələri də dilinin səlis, axıcı və rəvan olması ilə, həm də bədii dəyəri, siqləti ilə həmin əsərlərin həmişəyaşarlığının göstəricisidir. Azərbaycan oxucusu Rəsul Rzanın tərcüməsində Fransua Viyon, Robert Berno, Henrix Heyne, Mixail Lermontov, Nikolay Nekrasov, İvan Turgenev, Taras Şevçenko, Emil Verxarn, Artur Rembo, Vladimir Mayakovski, Marina Svetayeva, Rabindranat Taqor, Federiko Qarsiya Lorka və onlarla dünya ədəbiyyatının görkəmli şair və yazıçılarının əsərlərindən nümunələri dilimizə çevirmişdir. Bununla şair həm də xalqlar ədəbiyyatının bir-birinə yaxınlaşmasının, təbliğinin və təəssübünün də qayğısına qalıb. Bu əsərlərin hər biri onun tərcüməçilik səriştəsi, orijinal üslub və dəstxəti haqqında da layiq olduğu fikirləri söyləməyə əsas verir.

Deyilənə görə, Rəsul Rza cod, sərt adam olub. Amma onun bir çox şeirlərini oxuyanda bu fikrə birmənalı yanaşmaq olmur. İnanıram ki, indi “Məndə ixtiyar olsa” şeirindən gətirəcəyim nümunə oxucuların də ürəyindən olacaq:

Mən istəyirəm:

buludlar ağlasın,

uşaqlar ağlamasın,

analı, ya anasız.

Mən istəyirəm:

güllər açılsın,

Güllələr açılmasın.

... Hər şey insana baxsın,

İnsan ələ baxmasın.

Axsın bulaqlar gözyaşı kimi

torpağın üzərində

Göz yaşı bulaq kimi axmasın

dünyanın heç bir yerində

- deyən şair, körpələrin taleyindən yana nigarançılığını, İnsan oğlunun qürurunun, qeyrətinin təəssübkeşi kimi ürəyinin istəklərini dilinə gətirir. Əslində, Rəsul Rza ədalətsizliyə, yalana, xəyanətə qarşı coddur, sərtdir, barışmazdır. O, həmişə həqiqətin, haqsız yerə incidilənin yanında olub, istedadlılara qayğı göstərib.

Bir haşiyə: Heykəltəraş Münəvvər Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də onu çox bəyənmişdi. Şair 20 günə bu işi böyütməyi məndən xahiş etdi, daha doğrusu, mənə ictimai tapşırıq verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi. İşi deyilən vaxta qədər tamamladım. Lakin bədii şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir gün Rəsul müəllim mənə zəng etdi, xəbər aldı ki, niyə səsin çıxmır? Mən vəziyyəti olduğu kimi dedim. Rəsul müəllim əsəbiləşdi, mənə tapşırdı ki, Şuranın növbəti yığıncağında mənə xəbər elə. O, Bədii şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir çıxış edib, deyirdilər ki, burda obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı. Üzünü çıxış edənlərə tutub hamısına müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda dedi: “Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki, burda obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin xatirəsinə dəyərli bir töhfədir”. Rəsul Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab verdi. Bu işdə axıra qədər məni müdafiə etdi...

Rəsul Rzanın yaradıcılığı haqqında bir çox ədiblərimiz dəyərli fikirlər söyləmişlər. Burda onlardan ikisini xatırlatmağı zəruri hesab edirəm: “Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyəcanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır” (Əli Nazim), “Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır” (Əhməd Cəmil).

Rəsul Rza heç zaman şöhrət arxasınca qaçmamışdı. O, ancaq yaxşı əsərlər yazmaq barədə düşünür, yazır-yaradırdı. Müxtəlif vaxtlarda “Azərbaycan SSR Əməkdar incəsənət xadimi”, “Azərbaycan SSR Xalq şairi”, “Sosialist Əməyi Qəhrəmanı” və digər adlar da onu yaradıcılığının çiçəkləndiyi, püxtələşdiyi, kamilləşdiyi vaxtlarda tapmışdı...

Rəsul Rzanın bütün həyatı, ömrü mükəmməl, fəlsəfi yaradıcılığı ilə yanaşı, mübarizələr içində keçib. O, bu mübarizələrin bitmədiyini, həyatı boyu davam edəcəyini bildiyi üçün yazırdı:

Mübarizə bu gün də var, yarın da,

Mən də onun ən ön sıralarında...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb