İQTİSADİYYAT


Rəsulzadə və Xocasən qəsəbələrində 7,5 kilometrlik küçə və yol təmir edilir

Bakı, 14 iyun, AZƏRTAC

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, paytaxtın Binəqədi rayonunun Rəsulzadə, Binəqədi, Sulutəpə və Xocasən qəsəbələri üzrə uzunluğu 15,4 kilometr olan küçə və yolda yenidənqurma işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu çərçivədə rayonun Rəsulzadə qəsəbəsi üzrə ümumi uzunluğu 3 kilometr təşkil edən küçə və yollarda təmir işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Proqrama uyğun olaraq, rayonun Xocasən qəsəbəsi üzrə də 4,5 kilometr uzunluğunda qəsəbədaxili küçə və yolların təmiri davam etdirilir. Burada nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq yekunlaşdırılıb.

Sonrakı mərhələdə Binəqədi qəsəbəsi üzrə 5,3 kilometr, Sulutəpə qəsəbəsi üzrə isə 2,6 kilometr küçə və yolun təmiri işləri icra olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.