MƏDƏNİYYƏT


“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert olub

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Fəvvarələr meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konserti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, budəfəki “Retro Bakı”nın qonaqları - tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla tamaşaçıların görüşünə gəliblər.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır.

Konsertdə, həmçinin “Köhnə Bakı” rəqs qrupunun çıxışı xoş əhvali-ruhiyyə yaradıb, qonaqlar da paytaxt sakinlərinə qoşularaq şən musiqi sədaları altında rəqs ediblər.

Konsertlər hər həftə cümə və şənbə günləri sentyabrın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.