DÜNYA


“Reuters”: BVF-nin Direktorlar Şurası Ukraynaya 15,6 milyard dollar kredit ayrılmasını təsdiqləyib

“Reuters”: BVF-nin Direktorlar Şurası Ukraynaya 15,6 milyard dollar kredit ayrılmasını təsdiqləyib

Bakı, 31 mart, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası cümə günü Ukrayna üçün dörd ili əhatə edən 15,6 milyard dollar məbləğində kredit proqramını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə “Reuters” agentliyinə bildirib.

Bundan əvvəl Fond və Ukrayna hakimiyyət orqanları 15,6 milyard dollar məbləğində Genişləndirilmiş Kredit Mexanizmi formatında kreditin verilməsinə dair işçi səviyyədə razılığa gəliblər. Vəsait Kiyevin bir sıra makroiqtisadi və maliyyə tədbirlərinə yönəldiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.