DÜNYA


Reuters: Karib dənizində zəlzələdən sonra sunami təhlükəsi aradan qalxıb

Bakı, 29 yanvar, AZƏRTAC

Sunami Xəbərdarlığı Beynəlxalq Mərkəzinin mütəxəssisləri Yamayka sahillərində qeydə alınmış 7,7 bal gücündə zəlzələdən sonra sunami yaranması mümkünlüyünü istisna edirlər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda Meksika, Beliz, Kuba, Honduras və Kayman adaları sahillərində dalğanın hündürlüyünün 1-3 metrə çatdığı, lakin daha böyük dalğaların yaranma ehtimalının olmadığı bildirilir.

Xatırladaq ki, Yamayka sahillərində zəlzələnin gücü 7,7 bal olub. Zəlzələnin episentri adanın qərbində Lusea şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Təkanlar Kuba, Yamayka, Kayman adaları və Mayami şəhərində hiss olunub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.