İQTİSADİYYAT
“Reuters”: “OPEC plus” ölkələri gündəlik hasilatın daha 500 min barrel azaldılması barədə razılaşıblar
Vyana, 6 dekabr, AZƏRTAC
“Reuters” agentliyi OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC plus”) Vyanada keçirilən iclasında neft hasilatının gündəlik daha 500 min barrel azaldılmasına dair razılığa gəldiyini yazır.
Hasilatın azaldılmasına gələn ilin ilk rübündən başlanması nəzərdə tutulur, lakin mart ayından sonrakı dövr üçün öhdəliklər barədə birgə qərar qəbul edilməyib.
Neft istehsalının indiyədək 1,2 milyon barrel azaldıldığını nəzərə aldıqda, bu rəqəm növbəti rübdə 1,7 milyon barrelə çatacaq. Bu isə gündəlik qlobal hasilatın 1,7 faizinə bərabərdir.
Qeyd edək ki, qlobal neft hasilatının 40 faizini həyata keçirən OPEC və qeyri-OPEC ölkələrinin növbəti görüşünün 2020-ci ilin martın 5-də, “OPEC plus” üzrə isə yığıncağın martın 6-da keçirilməsi barədə razılığa gəliblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]