İDMAN
“Reuters UK” agentliyi birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının uğurlarından bəhs edib
London, 15 iyun, AZƏRTAC
“Reuters UK” agentliyinin saytında “Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycanın uğurlarından bəhs edən məqalə yerləşdirilib. Məqalədə “Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirlərinə istinad edilib.
Yazıda “Bakı-2015”-in açılış mərasiminin möhtəşəmliyi xüsusi vurğulanıb. Açılış mərasimi və Oyunlarda Azərbaycanın uğurları barədə danışan S.Kleq deyib: “Təbii ki, möhtəşəm açılış mərasimindən sonra Azərbaycan üçün vacib olan Oyunlarda yüksək nəticə əldə etmək idi. Azərbaycan Oyunların ilk günlərində 7 medal qazanmaqla müsabiqəyə yüksək səviyyədə başladı”.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London