SİYASƏT


Reverend Nektarios: Azərbaycanda dinlərarası dialoqun inkişafı istiqamətində fəal iş aparılır

Bakı, 17 noyabr, AZƏRTAC

Müxtəlif dini konfessiya və təriqət liderlərinin ümumi məqsəd naminə belə mötəbər tədbirdə bir araya gəlməsi Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə nümunədir. Azərbaycanda müxtəliflik, tolerantlıq, multikulturalizm və dialoqun inkişafı kimi məsələlər üzrə fəal iş aparılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitinin iştirakçısı, Antioxiya Yunan Ortodoks kilsəsinin mitropoliti Elias Audinin şəxsi nümayəndəsi Reverend Nektarios jurnalistlərə müsahibəsində deyib.

Reverend Nektarios bildirib: “Bakı Sammiti bir daha sübut etdi ki, müxtəliflik fikir ayrılığı demək deyil, əksinə, müxtəliflik insan həyatını zənginləşdirir və fanatizm, radikalizm kimi mənfi ideyalara qarşı çıxır. Belə tədbirlərdə biz fərqlilik barədə nəinki təkcə müzakirələr aparırıq, həmçinin dinlər, mədəniyyətlər və xalqların müxtəlifliyinə tolerant yanaşaraq təcrübələrimizi bölüşürük. Bu da öz növbəsində əməkdaşlıq və dialoq üçün münbit mühit yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.