Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Rəyanə Məlik-Aslanova: Əminəm ki, ulu babalarımın evləri bərpa edilərək mədəni-maarif mərkəzinə çevriləcək

Bakı, 16 avqust, AZƏRTAC

Tuğ məktəbi Qarabağda açılmış ilk məktəblərdən olub. Bəzi mənbələrə görə məktəb 1885-ci, bəzilərinə görə isə 1883-cü ildə açılıb. Məktəbin köhnə binasının girəcəyində daş lövhənin üzərində “1883q” yazılıb. İmperator II Aleksandrın fərmanına əsasən, təhsil ocağı Rus-Avropa tipli məktəb adına layiq görülüb. Məktəbin açılışının birbaşa təşəbbüskarları Sadıq bəy və Mehdi bəy Məlik-Aslanov qardaşları idi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Niderlandın Utrext şəhərində yaşayan həmvətənimiz Rəyanə Məlik-Aslanova məlumat verib.

Məlik-Aslanovlar nəslinin davamçılarından biri olan Rəyanə xanım bu ilin iyun ayının 16-da Xocavənd rayonunun Tuğ kəndini ziyarət edib. Səfər haqqında təəssüratını bölüşən müsahibimiz Tuğ kəndinin məşhur məktəbi haqqında bildiklərini də söyləyib: “Tuğ kəndində ilk məktəb Sadıq bəyin evində açılıb. Sadıq bəyin evi kəndin aşağı hissəsində, klubdan aşağıda yerləşirdi. Bazar bulağından gələndə yolun sağ tərəfində idi. Uzun və birmərtəbəli ağ bina idi. Sovet hakimiyyəti qurulandan sonra Sadıq bəyin evi anbar kimi istifadə olunurdu. Mənim ulu babamın - Aslan bəy Məlik-Aslanovun (Sadıq bəy və Mehdi bəyin qardaşı) həyat yoldaşı Asya xanım (ulu nənəm) Mir Mehdi Xəzaninin qızı idi. Aslan bəyin dəvəti ilə Mir Mehdi Xəzani Tuğa köçür və həmin təhsil ocağında dərs deyir. Ailəmizdə olan hekayələrə görə, Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ” (“Qarabağnamə”) əsərini ulu babamın evində yaşayarkən yazıb.

Ümumiyyətlə, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeganov və bir çox görkəmli şəxslər bu məktəbin məzunları olublar. Məktəbdə Qori seminariyasını bitirmiş müəllimlər dərs deyib”.

Müsahibimiz, həmçinin deyib ki, Mehdi bəyin Füzuli rayonunun Kurdlər kəndinin yaranmasında da köməyi olub və kənddə kəhriz vurdurmuşdu. Həmin kəhrizdə indiyə kimi su var. Sadıq bəy Məlik-Aslanov isə Laçın və Qafan rayonlarının pristavı olub.

“Sovet hakimiyyətinin qurulmasından sonra, keçən əsrin 20-ci illərinin ortalarında (təqribən 1926-cı ildə), Tuğun zirvəsində Aslan bəylə Mehdi bəyin yan-yana inşa olunmuş imarətləri müsadirə edilir və bir müddət sonra bu binalarda aşağı və yuxarı siniflər üçün iki məktəb açılır. Həmin məktəblər ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Tuğda 1978-ci ildə yeni bir məktəb binası açılana qədər fəaliyyət göstərib.

Sonralar bu binaların birinci mərtəbələrində məişət xidməti yerləşir, yuxarı mərtəbələrində şəhərlərarası nəqliyyat sürücüləri üçün mehmanxana açılır. Mən Tuğda evimizi sonuncu dəfə işğaldan bir neçə il əvvəl – 1982-ci ildə görmüşəm və 40 ildən sonra – 2022-ci il iyunun 16-da evimizin qalıqlarını görmək, gözəl Tuğ kəndini ziyarət etmək mənə nəsib oldu.

Atam sonuncu dəfə Tuğda 1986-cı ildə olub və məktəbin direktoru Niyaz müəllimlə Hadruta gediblər. Atam Hadrutun arxivindən evin sənədlərini götürərək özəlləşdirmək istəyirdi, amma gələndən 2 ay sonra mədəsində ağrılar başladı. Az müddətdən sonra atam xərçəng xəstəliyindən vəfat etdi”, - deyə Rəyanə Məlik-Aslanova bildirib

Tuğ kəndinə Sadıq bəyin nəticələri ilə, yəni məktəbi açan qardaşların nəticələrinin birlikdə getdiyini söyləyən Rəyanə Məlik-Aslanova bu arzusunu da dilə gətirib: “Əminəm ki, Aslan bəy və Mehdi bəy Məlik-Aslanov qardaşlarının yaşayış evləri dövlət tərəfindən bərpa edilərək xalqımız üçün mədəni-maarif mərkəzinə çevriləcək və evlərin əsl sahiblərinin adları da qeyd olunacaq. Oraya gələn insanlar isə Məlik-Aslanovların ruhunun şad olmasını diləyəcəklər”.

Qeyd edək ki, Rəyanə Məlik-Aslanova 1963-cü ildə Bakıda anadan olub. 1985-ci ildə Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) İngilis-alman dilləri fakültəsini bitirib. 1997-ci ilədək 164 nömrəli məktəbdə ingilis dili müəllimi işləyib. 1997-2001-ci illərdə tərcüməçilik fəaliyyəti ilə məşğul olub. 2002-ci ildən Niderland Krallığında yaşayır. Səhhətində problem olduğuna görə hazırda işləmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb